İmişlidə qəzaya uğrayan avtomobil yandı

İmişli rayonunda qəza nəticəsində idarəetmədən çıxaraq yol kənarına düşən avtomobil yanıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Qulubəyli kəndi yaxınlığından keçən hissəsində qeydə alınıb. Sahib Həşimovun idarə etdiyi "Peogeut" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına düşüb və avtomobildə yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi, həmçinin İmişli rayon Təcili Təxirə Salınmaz Tibbi Yardım əməkdaşları cəlb edilib.
Yanğın söndürülüb, qəza zamanı xəsarət alan sürücü və avtomobildə olan sərnişin İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


Nərimanovda “Toyota” skuter sürücüsünü vurub ÖLDÜRDÜ - VİDEO
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO












