İspaniyada iki sürət qatarı toqquşdu - Ölənlər var - YENİLƏNİB

İspaniyada iki sürət qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı 39-a çatıb.
Avtosfer.az xəbər verir ki, bu barədə EFE xəbər agentliyi məlumat yayıb.
Qatarda ümumillikdə 317 sərnişin olub.
***09:46
Dünən İspaniyanın cənubunda iki sürət qatarı relsdən çıxaraq toqquşub.
Avtosfer.az xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Malaqadan Madridə gedən sərnişin qatarı relsdən çıxaraq bitişik relslərə keçib və Madriddən Huelvaya gedən qatarla toqquşub.
Hadisə nəticəsində azı 21 nəfər həlak olub, 73 nəfər isə xəsarət alıb, onlardan 30 nəfərin vəziyyəti ağırdır.
Qeyd olunub ki, relsdən çıxan birinci qatarda təxminən 300, qarşıdan gələn ikinci qatarda isə təxminən 100 sərnişin olub.
Hadisənin baş vermə səbəbi hələlik bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.
Şəkidə ağır qəza: Yaralanan var
Gəncədə "KamAz" avtobusla toqquşdu - Xəsarət alan var
Şəmkirdə “Hyundai" ağaca çırpılıb, ölən və ağır xəsarət alan var - VİDEO
Qəbələdə buzlu yolda "Rang Rover" yol kənarına aşıb - VİDEO
Naxçıvanda "KIA" avtobusla toqquşdu - Xəsarət alanlar var
Şəmkirdə "VAZ" beton maneyə çırpıldı - FOTO
Avtomobil kanala düşdü - Ölən var
Keçiddən keçməyən 84 yaşlı piyadanı motosiklet vurub öldürdü - VİDEO
Zolağa baxmadan manevr edən sürücü qəza törətdi - ANBAAN VİDEO
Motosiklet yük maşınına çırpıldı - Rusiya vətəndaşı öldü
“Tofaş” piyadanı vurub avtoyuma məntəqəsinə atdı - Ağır qəza - VİDEO











