"Jiquli" yük maşınına çırpıldı: ölən və yaralılar var

Avtosfer.az "kanals"-ə istinadən xəbər verir ki, ötən gün saat 19:20 radələrində Bakı-Şamaxı-Yevlax magistral yolunun 115-ci km-də ağır yol qəzası qeydə alınıb. Qobustan rayonu ərazisində 1986-cı il təvəllüdlü Əmralıyev Hidayət Barat oğlu idarə etdiyi 90-ED-442 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. İdarəetmədən çıxan avtomobil yol kənarında dayanmış ağır tonnajlı yük avtomobilinə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin, Sumqayıt sakini, 1982-ci il təvəllüdlü Əsgərov Ramin Qasım oğlu elə hadisə yerindəcə dünyasını dəyişib. Sürücü və avtomobildə olan digər sərnişin, Qobustan rayon sakini, 1992-ci il təvəllüdlü Əmralıyev Tural Əvəz oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qobustan RMX-yə yerləşdiriliblər. Qəzanın dəqiq olaraq hansı səbəbdən baş verdiyi bilinmir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq bölməsi tərəfindən araşdırmalar aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












