"Kamaz" aşdı - Qum Nobel prospektinə və dəmiryoluna dağıldı - FOTO

Bakının Xətai rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Report”a istinadın xəbər verir ki, qəzaya "VAZ" markalı minik avtomobilinin 1967-ci il təvəllüdlü İsgəndərov Rasim Şəmsəddin oğlunun idarə etdiyi 66-BE-189 dövlət qeydiyyat nişanlı "Kamaz"ın qarşısında qəfil əyləci basması səbəb olub. Bu zaman sürücü yük avtomobilini qəfil sağ tərəfə doğru döndərib. Nəticədə içi qumla dolu olan "Kamaz" aşıb. Qum yolun asfalt qatına, o cümlədən yaxınlıqdan keçən dəmiryolu relslərinin üzərinə dağılıb. Ərazidən keçənlərin köməkliyi ilə qum relslərin üzərindən təmizlənib. Nobel prospektində baş verən hadisə nəticəsində sürücü bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Qəzanın baş verdiyi əraziyə Xətai Rayon Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib. Yol-nəqliyyat hadisəsinin dəqiq səbəbləri araşdırılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO















