KamAZ "Azərsu"nun qazdığı quyuya düşüb - FOTO - VİDEO - YENİLƏNİB

Qəzalar 5 Oktyabr 2024 11:34 Oxunub 630
KamAZ "Azərsu"nun qazdığı quyuya düşüb - FOTO - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Nərimanov rayonu, Hacı Məmmədov küçəsi ilə Ağa Nemətulla küçəsinin kəsişməsindən keçən kanalizasiya xəttinin yenilənməsi səbəbilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən oktyabrın 3-dən təmir-bərpa işlərinə başlanılıb.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətindən cavab olaraq bildirilib.

Qeyd olunub ki, istismar müddətini başa vurmuş xəttin dəyişdirilməsi üçün qazıntılar zamanı torpaq sürüşməsi Xidmətə məxsus yük maşınının çalaya düşməsinə səbəb olub.

Hazırda nəqliyyat vasitəsinin çıxarılması istiqamətində işlər görülür, xəsarət alan yoxdur.

***

Bakıda "KamAZ" çalaya düşüb.

Avtosfer.az xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə paytaxtın Nərimanov rayonu, Hacı Məmmədov küçəsində qeydə alınıb:

"3 gündür "Azərsu" ( İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ) ərazidə bu cür quyular qazır. Axırda iş o yerə çatdı ki, öz qazdıqları quyuya öz "KamAZ"ları düşdü".

Bildirilib ki, baş verən hadisə zamanı xəsarət alan olmayıb.

Sözügedən görüntüləri təqdim edirik:

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh