“Kamaz” “Naz Lifan”la toqquşdu - Sürücü öldü - FOTO
Qəzalar
1 Mart 2016 02:08

Qəzaya minik avtomobilinin qəfildən yük avtomobilinin qarşısına çıxması səbəb olub
Cəlilabad rayonunda baş verən yol-nəqliyyat qəzasında bir nəfər dünyasını dəyişib. Avtosfer.az-ın report-a istinadən məlumatına görə, hadisə Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Lənkəran rayon sakini Həsənov Rasim Balabəy oğlu idarə etdiyi "Kamaz" markalı yük maşını ilə Bakı istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn Cəlilabad rayon Göytəpə qəsəbəsi sakini Mürsəlov Mehman Tahir oğlunun sükanı arxasında olduğu "Naz Lifan" markalı minik avtomobili ilə toqquşub. Nəticədə minik maşının sürücüsü dünyasını dəyişib.
İlkin ehtimala görə, qəzaya minik avtomobilinin qəfildən yük avtomobilinin qarşısına çıxması səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1956
DİGƏR XƏBƏRLƏR
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
12 Oktyabr 2026 17:00
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
12 Oktyabr 2026 13:26
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
12 Oktyabr 2026 10:00
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
12 Oktyabr 2026 09:53
İki qadını maşın vurub ÖLDÜRDÜ
12 Oktyabr 2026 08:33
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
11 Oktyabr 2026 21:49
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
11 Oktyabr 2026 18:22
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
ŞƏRH YAZ













