"Kamaz" "Opel"ə çırpıldı: 3 yaralı – FOTO+VİDEO

*** İlk xəbər 03:43-də dərc olunub. Video əlavə olunub
Abşeron rayonunun Masazır qəsəbəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə "Kamaz" markalı yük maşını ilə "Opel"in toqquşması nəticəsində qeydə alınıb. Qəzaya yük maşınının dairədə yol hərəkəti nişanının tələbinə əməl etməməsi səbəb olub. Yoluna davam edəb "Kamaz" nəticədə qarşısına çıxan "Opel"i vuraraq kənara atıb, özü isə körpünün altındakı dirəyə çırpılıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1985-ci il təvəllüdlü Bilalov Orxan Füzuli oğlu, onun həyat yoldaşı, 1991-ci il təvəllüdlü Bilalzadə Günay İlqar qızı və onların azyaşlı qızı, 2014-cü il təvəllüdlü Bilalzadə Ayşən Orxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Əraziyə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. "Kamaz"ın sürücüsü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












