"KamAz" "Opel"i əzib bu hala saldı - 4 nəfər sağ qaldı - FOTO - VİDEO

"Ucarda yük və minik avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti kafi olaraq qiymətləndirilir".
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Bakı-Qazax magistralının Ucar rayon Alpout kənd ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər 1998-ci il təvəllüdlü şəxs (kişi cinsli) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə hospitalizasiya edilib. Xəstəyə zəruri ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyəti kafi olaraq qiymətləndirilir", - deyə məlumatda vurğulanır.
***
Ucarda yük və minik avtomobillərinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax yolunda, Ucarın Alpout kəndi ərazisində qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan iki "Opel", iki "KamAZ" və iki "Mercedes" (biri yük) markalı maşın toqquşub. Nəticədə avtomobillərə ciddi ziyan dəyib. Qəza zamanı Tovuz rayon sakini, 1998-ci il təvəllüdlü Məhəmməd Nizami oğlu İsmayılov xəsarət alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə, qəzaya dumanlı hava şəraiti səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
























