Kamaz patrul maşınına çırpıldı: 3 polis xəsarət aldı

Dağıstanda yol qəzası baş verib.
Avtosfer.az musavat-a istinadən xəbər verir ki, hadisə Kumtorkalin rayonu ərazisində, Tyube qəsəbəsinin yaxınlığında baş verib.
Sürücü “KamAZ” markalı yük maşınını idarə edərkən yolun sağ tərəfində dayanmış polis patrul avtomobilinə çırpılıb.
Videogörüntülərdən görünür ki, hadisə zamanı patrul maşını qəfil hərəkətə başlayıb və bu zaman sürücü idarəetməni itirərək yüksək sürətlə avtomobilə çırpılıb. Hadisə həmin an maşında olan videoregistrator vasitəsilə qeydə alınıb.
İlkin məlumatlara görə, patrul avtomobilində olan üç polis əməkdaşı xəsarət alıb. Hadisə yerində olan şahidlər dərhal yaralılara kömək göstəriblər.
Qəza Kumtorkalin rayonunun Daxili İşlər Nazirliyi şöbəsinin növbətçi hissəsinə məxsus avtomobilin xüsusi siqnalları qoşaraq dönmə əməliyyatı zamanı baş verib. Patrul maşını əks istiqamətə keçmək istəyərkən qəza qaçılmaz olub.
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












