Banner

“KamAZ”a çırpılan “011” əzik-əzik oldu, daşıdığı meyvə-tərəvəz yola dağıldı - VİDEO

Qəzalar 5 Sentyabr 2023 19:02 Oxunub 716
“KamAZ”a çırpılan “011” əzik-əzik oldu,  daşıdığı meyvə-tərəvəz yola dağıldı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Göygöldə nəqliyyat vasitlərinin iştirakıyla ağır qəza baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə dünən günorta saatlarında şəhərin Şəhidlər xiyabanı yaxınlığında cərəyan edib. Belə ki, “VAZ-21011” markalı avtomobil “KamAZ” markalı yük maşınıyla toqquşub. Nəticədə “011” ön hissəsi tamamilə sıradan çıxıb, həmçinin yük maşını da yüngül dərəcədə zədələnib. Hadisə şahidlərinin sözlərinə əsasən, qəzaya səbəb qəfil idarəetmənin itirilməsi olub. Videodan da göründüyü kimi, avtomobilin daşıdığı meyvə-tərəvəzlər də yola dağılaraq yararsızlaşıb. Sürücülər arasında xəsarət alan yoxdur.

Nərmin


 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh