Keçən il Azərbaycanda hər gün təxminən 2 nəfər qəzada ölüb - EKSPERT - FOTOSESSİYA

Azərbaycanda yol qəzalarının statistikası narahatedici olaraq qalır.
Avtosfer.az xəbər verir ki, Bu fikirləri nəqliyyat eksperti Anar Əliyev bildirib.
Ekspert bildirib ki, yol-nəqliyyat hadisələri baş verdikdə adətən diqqət yalnız hadisənin görüntülərinə və fərdi günahkarların müəyyənləşdirilməsinə yönəlir: “Qəza baş verən kimi kameraların görüntüləri yayılır, piyadalar və ya sürücülər günahlandırılır, lakin bir neçə gün sonra mövzu unudulur və sistemli problemlər kölgədə qalır”.
Anar Əliyevin sözlərinə görə, 2025-ci ilin statistikası vəziyyətin ciddiliyini açıq şəkildə göstərir. Belə ki, ölkədə il ərzində təxminən 700-ə yaxın insan yol qəzalarında həyatını itirib. Bu isə orta hesabla hər gün ən azı 2 nəfərin yollarda həlak olması deməkdir. O qeyd edib ki, son 10–15 illə müqayisədə müəyyən azalma müşahidə olunsa da, əhalisi Azərbaycanla müqayisə edilə bilən bir çox ölkələrdə bu göstəricilər daha aşağıdır.
Ekspert vurğulayıb ki, yol qəzalarında insan faktoru mühüm rol oynasa da, məsələni yalnız bununla izah etmək düzgün deyil: “İnsan səhv edə bilər və bu, qaçılmazdır. Amma yol infrastrukturu elə planlaşdırılmalıdır ki, bu səhvlər ölümcül nəticələrə gətirib çıxarmasın”.
Onun fikrincə, təhlükəsiz yol mühiti yalnız cərimə və nəzarət tədbirləri ilə deyil, düzgün dizayn və müasir yanaşmalarla formalaşdırılmalıdır. Sürətin fiziki olaraq məhdudlaşdırıldığı küçələr, təhlükəsiz piyada keçidləri, aydın nişanlanma və işıqlandırma kimi amillər qəzaların sayını əhəmiyyətli dərəcədə azalda bilər.
Eltac Zülfüqaroğlu
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi















