Keçiddə piyadaları vuracaqdı; sükanı qaçırıb qəzaya düşdü - VİDEO
Qəzalar
28 May 2025 11:41
Oxunub 2774

Paytaxtın Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, qəza Xətai Rayon Polis İdarəsinin qarşısında qeydə alınıb. Sadıqcan küçəsi ilə hərəkətdə olan minik avtomobilinin sürücüsü sərt döngədə sürətlə manevr edərkən keçiddə olan piyadaları vurmaq təhlükəsi ilə üzləşib.
Bu səbəbdən o, avtomobili yoldan çıxarmağa məcbur olub. Nəticədə nəqliyyat vasitəsi işıq dirəyinə çırpılaraq qəzaya uğrayıb.
Hadisə zamanı xoşbəxtlikdən piyadalar xəsarət almayıb. Sürücünün vəziyyəti və hadisənin dəqiq səbəbləri araşdırılır.
Həmin görüntüləri təqdim edirik:
Eltac
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














