Keçiddən keçməyən qadın faciə yaşadı: Avtobus qızını vurdu - ŞOK VİDEO

Bakıda baş verən dəhşətli qəzanın görüntüləri anbaan kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Tbilisi prospektində baş verib.
Belə ki, piyadalar üçün nəzərdə tutulmamış yerdən keçən qadın azyaşlı qızını nəzarətsiz buraxıb. Skuterlə hərəkət edən azyaşlı qəfildən avtobus zolağına çıxıb. Bu zaman avtobus sürücüsü azyaşlını vuraraq yerə sərib. Uşağının vurulma anını gözləri ilə görən ana şok keçirib. O, özünü itirmiş halda qızını yoldan kənara çıxarmağa çalışan zaman özü də yıxılıb.
Piyadalara dəfələrlə səslənərək bildirmişik ki, yolu yalnız keçiddən istifadə edərək keçsinlər. Vaxt və məsafə qazanmaq üçün atılan səhv addımlar insanın ömrünü yarıda qoya bilər. Faciə ilə nəticələnən qəzaların baş verməsi yalnız səhlənkarlıqdan irəli gəlir. Bu mənzərəni kənardan izləyən insanlar isə "mənə heç nə olmaz" deyib həmin səhvi təkrarlayır. Və bir gün isə o da həmin səhvin qurbanına çevrilir.
Könül Rauf
Sumqayıtda bacısı ilə birlikdə faciəvi şəkildə ölən 25 yaşlı Ramalın FOTOsu
"Meyvəli"də "Tofaş"la yük maşını toqquşdu - VİDEO
Şirvanda "Mercedes" və "VAZ" toqquşdu: Dörd nəfər ağır yaralandı - FOTO - YENİLƏNİB
Ağsuda qəza: Yeniyetmə oğlan xəsarət aldı - VİDEO - YENİLƏNİB
Qəza zamanı dirək aşdı - 3 kənd işıqsız qaldı - FOTO - VİDEO - YENİLƏNİB
Sükan arxasında halı pisləşdi, avtomobil mağazaya girdi - VİDEO
Yol səhvləri bağışlamır – Siyəzəndəki qəza ilə bağlı DYP-dən AÇIQLAMA - FOTO
Qardaşı ilə faciəli şəkildə həlak olan qız tələbə imiş - 20 yaşlı Səmanın FOTOsu
Zığ yolunda ağır qəza: Özünü itirən sürücü maşını iki dəfə dəmirlərə çırpdı - VİDEO
Ödənişli yolda ağır qəza - Ölənlər var
Areoport yolunda zolaq dəyişən sürücü ağır qəzaya səbəb oldu - ANBAAN VİDEO










