Keçidin yanında 8 zolaqlı yola qaçan piyada - Qəfil tormozlama və qopan təkər - VİDEO

Avtosfer TV 16 İyul 2024 15:30 Oxunub 988
Keçidin yanında 8 zolaqlı yola qaçan piyada - Qəfil tormozlama və qopan təkər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi  Bakıda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Avtosfer.az xəbər verir ki, hadisə Yasamal rayonu, Tbilisi prospektində (Respublika Diaqnostika Mərkəzinin qarşısında) baş verib.

Nazirliyin məlumatında bildirilir ki, dəfələrlə xəbərdarlıq edilməsinə və maariflənmə məqsədilə tədbirlər görülməsinə baxmayaraq bəzi piyadalar özlərinin və sürücülərin həyatını heçə sayıb qaydalara əməl etmirlər. Yaxınlıqda yerüstü piyada keçidi olmasına baxmayaraq, yolun hərəkət hissəsindən keçən piyadanı avtomobilin sürücüsü son anda vurmaqdan yayınıb, lakin qəza törədib. Nəticədə həm nəqliyyat vasitəsinə ziyan dəyib, həm də yolda sıxlıq yaranıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh