Banner

Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var - FOTO

Qəzalar 29 Oktyabr 2026 10:11
Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var   - FOTO
WhatsApp kanalımıza abunə olun

Kəlbəcərdə avtomobil qəzası nəticəsində ölən və xəsarət alanın kimliyi məlum olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin sürücüsü, Kəlbəcər rayon sakini, 1967-ci il təvəllüdlü Bilal Nuruyev dünyasını dəyişib. Həyat yoldaşı Kəlbəcər rayon sakini, 1975-ci il təvəllüdlü Əminə Nuruyeva isə xəsarət alıb.

***

Kəlbəcər-İstisu avtomobil yolunun Kəlbəcər şəhəri ərazisindən keçən hissəsində ağır qəza baş verib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Kəlbəcər şəhər sakini 1967-ci il təvəllüdlü Bilal Nuriyevin idarə etdiyi “KİA” markalı avtomobil yoldan çıxaraq divara çırpılıb.

Nəticədə adıçəkilən sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Onun həyat yoldaşı, Kəlbəcər şəhər sakini, 1975-ci il təvəllüdlü Əminə Nuriyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Oxunub : 310
ŞƏRH YAZ
Ad

E-mail

Şərh