Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər öldü

Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub.
Avtosfer.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisinə istinadən xəbər verir.
Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahil şəhəri Mombasaya yönələn yük maşınının sürücüsü avtomobil karvanını ötməyə cəhd edib, lakin digər yük maşınının arxa sağ hissəsinə toxunub. Zərbənin nəticəsində birinci yük maşınının sürücüsü idarəetməni itirib və Nayrobi istiqamətində hərəkət edən qarşıdan gələn iki nəqliyyat vasitəsinə çırpılıb.
Daha sonra o, içərisində 12 sərnişin olan mikroavtobusla toqquşub. Sürücü də daxil olmaqla bütün sərnişinlər həlak olub. Birinci yük maşınının sürücüsü də daxil olmaqla daha dörd nəfər yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.
Polis araşdırma aparır./report
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert












