“KİA” ağaca çırpıldı: 4 yeniyetmə öldü, 1-i isə ağır yaralandı - FOTO

Qəzalar 8 İyun 2024 17:19 Oxunub 18776
“KİA” ağaca çırpıldı:  4 yeniyetmə öldü, 1-i isə ağır yaralandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyanın Moskva vilayətində 4 yeniyetmə qızın ölümü, 1-nin isə ağır xəsarətlər alması ilə nəticələnən ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.

Avtosfer.az xəbər verir ki, qəza iyunun 5-də Naro-Fominsk şəhər dairəsinin Martemyanovo-Timonino avtoyolunun 4-cü kilometrliyində qeydə alınıb. Bu barədə Moskva vilayəti prokurorluğunun mətbuat xidmətindən bildirilib.

İstintaqın ilkin araşdırmasına görə, sürücülük vəsiqəsi olmayan 21 yaşlı gənc oğlan idarə etdiyi “KİA Rio” markalı minik avtomobillə hərəkətdə olarkən taksi kimi fəaliyyət göstərən maşınla qəza törədib və hadisə yerindən yayınıb. Bir müddət sonra isə 60 km/s olan yolda, 100 km/s sürətlə idarə etdiyi avtomobilin sükan idarəetməsini itirərək yolun hərəkət hissəsindən çıxaraq ağaca çırpılıb. Zərbənin təsirindən ön sərnişin kreslosunda əyləşən sürücünün sevgilisi ön pəncərədən çıxaraq kənara düşüb.

Nəticədə ikisi 15 yaşlı, digərləri 16 və 13 yaşlı qızlar hadisə yerində ölüblər. Sürücü isə öz gücünə avtomobildən çıxıb. Daha bir 15 yaşlı qız ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Qəzaya səbəb olan 21 yaşlı sürücü isə polis tərəfindən saxlanılıb.

Onun barəsində sürücülük hüququ olmadan avtomobil idarəetmə, yol hərəkət qaydalarını pozma və ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olması faktı ilə cinayət işi açılıb.

 

Namiq Musayev

Четыре подростка погибли в ДТП на трассе в Подмосковье

Выяснились подробности смертельного ДТП в Подмосковье, где погибли четыре  подростка - МК

ŞƏRH YAZ
Ad

E-mail

Şərh