“KİA” at arabasını vurdu - Yaralılar var
Qəzalar
7 İyun 2017 01:03

Faktla bağlı araşdırma aparılır
Sabirabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az Report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Qaratoğay kəndi ərazisində qeydə alınıb. Belə ki, rayonun Osmanlı kənd sakininin idarə etdiyi “KİA” markalı avtomobil yolla hərəkət edən at arabasını vurub. At arabası isə öz növbəsində yol kənarında duran qadına çırpılıb. Nəticədə arabada olan Qaratoğay kənd sakini, 39 yaşlı Vahidov Ramil Bəybala oğlu, piyada qadın, Qaratoğay kənd sakini, 22 yaşlı Əkbərova Aynur Vüqar qızı və onun qucağındakı yaş yarımlıq Əkbərov Əkbər kazım oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1417
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 12:06
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
13 Oktyabr 2026 10:00
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
13 Oktyabr 2026 09:53
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
13 Oktyabr 2026 08:46
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
12 Oktyabr 2026 17:00
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
12 Oktyabr 2026 13:26
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
12 Oktyabr 2026 10:00
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
12 Oktyabr 2026 09:53
İki qadını maşın vurub ÖLDÜRDÜ
12 Oktyabr 2026 08:33
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
ŞƏRH YAZ












