Kiprdə ölən tələbələrdən birinin cənazəsi Azərbaycana göndərilib - FOTO

"Şimali Kipr saatı ilə axşam saat 6-da mərhum tələbə yoldaşımız Yunus Ərəbovun cənazə namazı qılındı və daha sonra Bakıya ailəsinə göndərildi".
Avtosfer.az bildirir ki, bunu modern.az saytına açıqlamasında bu gün Şimali Kiprin paytaxtı Lefkoşada baş verən avtomobil qəzasında həyatını itirən azərbaycanlı tələbələrin universitet yoldaşları deyiblər.
Mərhum tələbə yoldaşları haqqında son məlumatı verən azərbaycanlı tələbələr bildiriblər ki, hadisə nəticəsində maşını idarə edən digər azərbaycanlı tələbə Nicat Hacızadənin cənazə namazı sabah (bu gün) səhər saatlarında qılınacaq və cənazə Azərbaycana yola salınacaq. Mərhum Nicat Hacızadənin valideynləri də artıq Şimali Kiprdə universitetdədirlər. Onlar da sabah Azərbaycana yola düşəcəklər.
Lefkoşadan azərbaycanlı tələbələrin verdiyi məlumata görə, qəza nəticəsində sol qolu qırılaraq ciddi bədən xəsarətləri alan digər azərbaycanlı tələbə Anar Süleymanovun vəziyyəti ağır olaraq qalır. O, hələ də özünə gəlməyib.
Qəza nəticəsində xəsarət alan və milliyətcə ərəb olan digər tələbə Mehdi Laamyeminin vəziyyətinin də ağır olduğu və yaddaş pozğunluğunun olduğu da bildirilir.
Məlumat verən tələbələr həmçinin bildiriblər ki, rəhmətə gedənlərin və sağ qalanların bütün maliyyə xərcləri universitet tərəfindən qarşılanacaq.
Qeyd edək ki, iki azərbaycanlı tələbənin həlak olduğu və ikisinin isə ağır yaralandığı yol qəza hadisəsi ötən gün səhər saatlarında Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşa şəhərində baş verib.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












