Kirayə avtomobillə piyadanı vurub öldürən sürücü saxlanıldı - VİDEO

“Karşerinq” xidmətinin sərxoş sürücüsü səkidə gedən piyadanı vurub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Nijni Novqorod şəhərində baş verən hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Belə ki, şəhərin Lenin prospektində “karşerinq” xidmətinə məxsus “Chery Tiggo” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yolun əks istiqamətinə keçib və səkidə gedən piyadanı vurub. Avtomobil əvvəlcə ağaca, ardınca isə yaşayış binasına çırpılıb.
Qəza nəticəsində 35 yaşlı piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Xidməti avtomobili idarə edən 26 yaşlı sürücü polis tərəfindən saxlanılıb. Onun sükan arxasında sərxoş olduğu bildirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Kürdəmirdə ağır qəza: "Audi" dörd piyadanı vurdu - FOTO
Gəncədə “07” "Hyundai"la toqquşdu – 3 nəfər xəsarət aldı – ANBAAN VİDEO
Yandan əsən külək avtomobili belə aşırdı – REAL VİDEO
Motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü - FOTO
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçan SÜRÜCÜ TAPILDI - VİDEO
Lənkəranda zəncirvari qəza - Xəsarət alanlar var - FOTOLAR
Lüks avtomobil məktəbli avtobusunun altına girdi – Sürücü yüngül yaralandı - VİDEO
Beyləqanda “Prado”ya çırpılan “VAZ” tanınmaz hala düşdü - VİDEO
Sumqayıtda zəncirvari qəza - Üç avtomobil toqquşdu - VİDEO
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçdılar - 90-KC-160 - FOTO
Masallıda yük maşınıyla toqquşan “VAZ” əzik-əzik oldu - VİDEO










