Kişi öz maşınının yanında bıçaqlandı - Lənkəranda

Lənkəran şəhərinin Velədi kəndində bıçaqlanma hadisəsi baş verib. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, 56 yaşlı Şəmsəddin Məmmədov həmkəndlisi tərəfindən bıçaqlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən İsaq Miriyev Şəmsəddini öz məhəlləsində şəxsi avtomobilinin yanında bıçaqlayaraq ərazidən qaçmağa nail olub. Aldığı xəsarətlərdən çoxlu qan itirən Şəmsəddin Məmmədovu ağır vəziyyətdə şəxsi avtomobilində hadisə şahidləri rayon mərkəzi xəstəxanasına çatdırıb və xəstə dərhal əməliyyata götürülüb. Yaralının vəziyyəti ağır olaraq qalır.
Hadisəni törətməkdə şübhəli bilinən 42 yaşlı İsaq Miriyev çox da uzağa gedə bilməyib. O, səhər saatlarında rayon hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
İlkin istintaqa verdiyi ifadəsində o, münaqişənin aralarında baş verən şəxsi münasibətlər zəminində baş verdiyini deyib.
Qanlı olayın təfərrüatları Lənkəran rayon polis şöbəsində aparılan araşdırma zamanı ortaya çıxacaq.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












