Köməyə çağırılan traktorun sürücüsü avtomobili çıxararkən dərəyə aşıb - VİDEO
Qəzalar
21 İyun 2021 13:13
Oxunub 1978

Avtomobili çıxarmaq üçün çağırılan traktor da dərəyə aşıb. Avtosfer.az bildirir ki, sosial şəbəkələrdə yayılan video gülüş doğursa da nəticəsi yüngül olmayıb. Belə ki, sürücü dərəyə aşan avtomobilini çıxarmaq üçün köməyə traktor çağırıb. Lakin traktorun sürücüsü dərəyə çox yaxın saxladığı üçün avtomobili dartıb çıxarmağa çalışarkən özü də onun dalınca aşıb. Nəticədə həm hər iki nəqliyyat vasitəsi dərədə qalıb, həm də avtomobil traktorun zərbəsindən daha çox xəsarət alıb. Sürücü isə köməyə çağırmaq üçün növbəti avtomobil axtarışına başlayıb.
Aysel
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













