Konqoda gəmi qəzalarında iki yüzdən çox insan həlak oldu
Qəzalar
14 Sentyabr 2025 21:50

Son bir neçə gün ərzində Konqo Demokratik Respublikasının şimal-qərbində iki gəminin batması nəticəsində 200-ə yaxın insan həlak olub.
Avtosfer.az xəbər verir ki, bu barədə RFI radiostansiyası məlumat yayıb.
Hər iki faciə Ekvator əyalətində baş verib. İlk olaraq Nsolo və Marinqa çaylarının qovuşduğu ərazidə 60-ı tələbə olmaqla 100-dən çox insan boğularaq ölüb. Səkkiz nəfər xilas edilib. Gəmidə olan insanların dəqiq sayı müəyyənləşdirilir.
Ertəsi gün axşam Konqo çayında gəmi alovlanıb və çevrilib. Radiostansiyanın məlumatına görə, 100 nəfər həlak olub. 209 sərnişin özü sahilə çıxa bilib.
Qeyd edək ki, geniş avtomobil və dəmir yolu sistemlərinin olmadığı Konqo DR-də su nəqliyyatı əsas hərəkət vasitəsidir.
Oxunub : 1068
DİGƏR XƏBƏRLƏR
16 Noyabr 2026 19:49
Bakıda turistləri daşıyan avtobus qəzaya düşdü: Yaralanan var
16 Noyabr 2026 14:18
“BMW” “Qazel”ə çırpıldı, hər iki sürücü yaralandı - VİDEO
16 Noyabr 2026 11:41
Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə dünyasını dəyişdi - FOTO
15 Noyabr 2026 17:12
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
15 Noyabr 2026 15:09
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
15 Noyabr 2026 10:30
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
15 Noyabr 2026 09:43
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
14 Noyabr 2026 14:45
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
14 Noyabr 2026 13:20
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
14 Noyabr 2026 12:20
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
14 Noyabr 2026 09:00
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
13 Noyabr 2026 23:47
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
ŞƏRH YAZ












