Körfəzdə İraq gəmisi qəzaya uğradı: 20 iraqlı matros ölüb

Körfəzdə İraqa məxsus gəminin xarici dövlətin yük gəmisi ilə toqquşması nəticəsində azı 20 iraqlı matros ölüb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə İraq Nəqliyyat Nazirliyi və ölkənin Limanlar İdarəsi məlumat yayıb. “Avqustun 19-da İraqın “əl-Misbar” gəmisi “Royal Arsenal” xarici yük gəmisi ilə toqquşması nəticəsində Xor Abdallah kanalında batıb”, - nazirlikdən vurğulanıb. Xilasedicilər 11 nəfəri xilas edə bilib. İraqın Limanlar İdarəsindən “əl-Misbar” gəmisi ilə toqquşan “Royal Arsenal”ın saxlanıldığı da bildirilib.
Qeyd edək ki, Xor Abdallah kanalı körfəzdə İraqla Küveytin sahilləri arasında yerləşir.
“Royal Arsenal” yük gəmisi Sent-Vinsent və Qrenadanın dövlət bayrağı altında üzür. O, Kinqstaun limanında qeydə alınıb. Yük gəmisinin uzunluğu 189 metrdir. O, 1999-cu ildə suya buraxılıb.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












