"Koroğlu”da qəzaya uğrayan taksi aşdı - VİDEO - YENİLƏNİB

"Nizami rayonu, Heydər Əliyev prospektində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər yüngül xəsarət alıb".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli deyib.
"Hadisə bu gün səhər saat 06:10-da baş verib. MAN markalı 99-XM-124 dövlət nömrə nişanlı yük avtomobili ilə JAC markalı 90-YD-571 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Hadisə nəticəsində taksidə olan xanım sərnişin yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır", - deyə T. Nəsirli bildirib.
***09:40
Bu gün səhər saatlarında paytaxtda ağır yol qəzası baş verib.
Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, metronun “Koroğlu” stansiyasının yaxınlığında “Shacman” markalı yük maşını ilə minik avtomobili toqquşub. Nəticədə “Bolt” sisteminin loqosu ilə taksi fəaliyyəti göstərən avtomobil aşıb.
Hadisə nəticəsində ağır xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Görüntüləri təqdim edirik:
Bakıda sürücü piyadanı vurmaqdan son anda YAYINDI - VİDEO
Salyanda AĞIR QƏZA: İki nəfər öldü - FOTO - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRÜB
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
Yük maşını divara çırpıldı - Sürücü öldü - FOTO
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı - VİDEO
Şəkidə avtomobil dərəyə aşdı, ölən var
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO












