Kürdəmirdə "07" traktora çırpılıb, ölənlər və xəsarət alanlar var - ADLAR - FOTOLAR - VİDEO

Kürdəmirdə minik avtomobili traktorla toqquşub, ölənlər var. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, həmin yolda hərəkətdə olan "VAZ 2107" markalı avtomobil traktora çırpılıb. Nəticədə, ilkin məlumata görə, iki nəfər həyatını itirib. Daha üç nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə yerinə hüquq-mühafizə orqanı, eləcə də Fövqəladə Hallar Nazirliyinin qəza xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub. Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü və sərnişinlərin çıxarılması işləri həyata keçirilir. Faktla bağlı araşdırma aparılır.
***
Kürdəmirdə ağır yol qəzasında ölənlərin və yaralıların kimliyi məlum olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, "VAZ 2107" markalı avtomobilin traktora çırpılması nəticəsində bir ailənin üç üzvü - Səmiyə Hüseynova, sürücü İlkin Hüseynov, Yusif Hüseynov, ölənlər isə Vüsalə Hüseynova və oğlu Uğur Hüseynovdur.
***
Bu gün saat 19:30 radələrində Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan 3 nəfər (2-si kişi 1-i qadın olmaqla) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda hər birinin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.
Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.



Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO
Bakıda “BYD” ilə toqquşan “Hyundai” səkiyə dırmaşdı - VİDEO
Faciəvi qəzada ölən yeniyetmənin FOTOsu
Bakıda minik maşını yük avtomobilə çırpıldı: ÖLƏN VAR
İki yük avtomobilinin toqquşduğu ərazidə hərəkət bərpa olundu - YENİLƏNİB
Bakıda iki avtomobil toqquşdu, yol nişanı aşdı - VİDEO
Masallıda minik avtomobili yük maşınına çırpıldı: Ölən var - VİDEO












