Kürdəmirdə 4 nəfərin yaralandığı dəhşətli qəzanın görüntüləri - VİDEO

Kürdəmirdə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının 185-ci kilometrliyində, Kürdəmir rayonunun Karrar qəsəbəsi ərazisində qeydə alınıb. Paytaxtın Qaradağ rayon sakini Orxan Məmmədovun idarə etdiyi "Dodge" markalı minik maşını eyni istiqamətdə hərəkətdə olan Kürdəmir rayon sakini Əfrayıl Həşimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "VAZ-2107" yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişinlər - Kürdəmir rayon sakinləri 37 yaşlı Rəşidə Şıxəliyeva, 58 yaşlı Qarakişi Quliyev, 24 yaşlı Ruhanə Cəbrayılova və 36 yaşlı Sveta İsmayılova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Əfrayıl Həşimov (VAZ 21 07-nin sürücüsü): "Kürdəmirə gedirdim. 60-la gəlirdim. Bir də gördüm ki, arxadan guppadan nəsə dəydi, tulladı məni. Tullayannan sonra, yolun kənarında "znak" var, onun ürəindən keçəndə təkər zad qırıldı, tormuz işləmədi, pramoy düşdü aşağı, getdi dəydi ağaca". Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ












