Banner

Kürdəmirdə ağır yol qəzası: 1 nəfər öldü - FOTO - VİDEO

Qəzalar 28 Mart 2025 19:00 Oxunub 636
Kürdəmirdə ağır yol qəzası: 1 nəfər öldü - FOTO - VİDEO
WhatsApp|

Kürdəmirdə avtomobil motosikletçini vuraraq öldürüb.

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, həmin yolda dönmə əməliyyatını həyata keçirən Ramin Bayramovun sürdüyü "Changan" markalı avtomobil hərəkətdə olan motosikleti vurub.

Hadisə nəticəsində motosikletin sürücüsü Şamaxı rayon sakini, 1953-cü il təvəllüdlü Tahir Əkbərov aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.







ŞƏRH YAZ
Ad

E-mail

Şərh