Banner

Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və xəsarət alan var - FOTO - VİDEO

Qəzalar 26 Avqust 2025 21:27 Oxunub 526
Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və xəsarət alan var - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və xəsarət alan var. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Ucarlı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən "Chevrolet" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə "Mercedes"in sürücüsü, 1986-cı il təvəllüdlü Alıyev Vahid Firuz oğlu ölüb. Yaralı şəxs isə təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisə yerinə rayon hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

***

Bu gün saat 19:30 radələrində Kürdəmir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (qadın cinsli) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. TƏBİB-dən bildirilib ki, 1975-ci il təvəllüdlü şəxsə L2 fəqərəsinin kompression sınığı diaqnozu təyin edilib və zəruri ilkin tibbi xidmət göstərilib. Vəziyyəti kafi qiymətləndirilən pasiyent öz istəyilə ixtisaslı tibbi xidmətdən imtina edib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh