Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və xəsarət alan var - FOTO - VİDEO

Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və xəsarət alan var. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Ucarlı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən "Chevrolet" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə "Mercedes"in sürücüsü, 1986-cı il təvəllüdlü Alıyev Vahid Firuz oğlu ölüb. Yaralı şəxs isə təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisə yerinə rayon hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
***
Bu gün saat 19:30 radələrində Kürdəmir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (qadın cinsli) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. TƏBİB-dən bildirilib ki, 1975-ci il təvəllüdlü şəxsə L2 fəqərəsinin kompression sınığı diaqnozu təyin edilib və zəruri ilkin tibbi xidmət göstərilib. Vəziyyəti kafi qiymətləndirilən pasiyent öz istəyilə ixtisaslı tibbi xidmətdən imtina edib.
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO

















