Kürdəmirdə avtomobil qoyun sürüsünə çırpıldı: Ölən var - YENİLƏNİB

Qəzalar 1 İyul 2024 11:01 Oxunub 648
Kürdəmirdə avtomobil qoyun sürüsünə çırpıldı: Ölən var - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Kürdəmirdə iyunun 30-da baş verən Kürdəmirdə avtomobil qəzasında yaralanan çoban xəstəxanada ölüb.

Avtosfer.az xəbər verir ki, qəza zamanı ağır bədən xəsarəti alan çoban, 1972-ci il təvəllüdlü Şamil Qəni oğlu Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Kürdəmirdə avtomobil qoyun sürüsünə çırpılıb, 15-ə yaxın heyvan tələf olub.

“Report” xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun 178-ci km-də rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1972-cil il təvəllüdlü Quliyev Şamil Qəni oğlunun idarə etdiyi "Mercedes" markalı minik maşını Gəncə istqamətində hərəkətdə olarkən yoldan keçən qoyun sürüsünə çırpılıb. Nəticədə 15 başa yaxın xırdabuynuylu heyvan tələf olub.

Hadisə zamanı avtomobildə olan sərnişin ağır xəsarətlər alıb.

Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.





ŞƏRH YAZ
Ad

E-mail

Şərh