Kürdəmirdə baş verən yol qəzasında 1 nəfər ölüb

Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün səhər saatlarında Ağsu-İmişli-Kürdəmir yolunun 30-cu kilometrliyində, yolun Kürdəmir rayonunun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb. Cəlilabad rayon sakini, 1978-ci il təvəllüdlü Əhliman Soltanov idarə etdiyi "Mercedes" markalı yük maşını ilə Kürdəmir rayon sakini, 1966-cı il təvəllüdlü Şərəfxanov İlqar Qərib oğlunun idarə etdiyi "VAZ-21099" markalı minik maşını toqquşub. Qəza baş verən an əks istiqamətdə hərəkətdə olan Kürdəmir rayon sakini, 1977-ci il təvəllüdlü Məcidov Zaur Rza oğlu qəzadan yayınmaq üçün idarə etdiyi OPEL markalı minik maşınını yoldan çıxararaq su arxına düşüb. Hadisə zamanı “VAZ-21099”un sürücüsü İ. Şərəfxanov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












