Kürdəmirdə "Hyundai" aşdı: 2 yaralı
Qəzalar
6 Fevral 2016 01:45

Sürücü idarəetməni itirib və yoldan çıxaraq aşırıb
Kürdəmirdə xəsarət ilə nəticələnən yol qəzası baş verib. Hadisə dünən axşam saatlarında Bakı- Qazax əsas magistral yolunun 196-cı kilometrliyinin Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini Sakit Yusif oğlu Cəfərov idarə etdiyi "Hyundai" markalı minik maşını ilə hərəkətdə olarkən maşının idarəetməsini itirib və yoldan çıxaraq aşırıb. Nəticədə maşında olan sərnişinlər, Bakı şəhər sakinləri, 51 yaşlı Reyhan Həmid qızı Abdullayeva və 12 yaşlı Fidan Aydın qızı Kərimli müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar təcili olaraq Kürdəmir Mərkəzi Rayon xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
Oxunub : 1746
DİGƏR XƏBƏRLƏR
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
12 Oktyabr 2026 17:00
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
12 Oktyabr 2026 13:26
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
12 Oktyabr 2026 10:00
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
12 Oktyabr 2026 09:53
İki qadını maşın vurub ÖLDÜRDÜ
12 Oktyabr 2026 08:33
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
11 Oktyabr 2026 21:49
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
11 Oktyabr 2026 18:22
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
ŞƏRH YAZ












