Kürdəmirdə iki maşın toqquşub, ata və qızı yaralanıb

Kürdəmir rayonunda iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün 19:30 radələrində Ağsu-Kürdəmir-Bəhramtəpə yolunun 35-ci km-də, yolun Kürdəmir şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Qarasaqqal kənd sakini, 1994-cü il təvəllüdlü, Mərhəmət Zəfər oğlu Abdullayev idarə etdiyi "VAZ-21015" markalı, 90-FO-581 dövlət qeydiyyat nişanlı minik maşını ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn "VAZ-2107" markalı, 12-BE-867 dovlət qeydiyyat nişanlı minik maşını ilə toqquşub. Nəticədə sürücü M.Abdullayev və onun 2016-ci il təvəllüdlü qızı Röya Mərhəmət qızı Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda xəstələrin vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
"Report"
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ












