Kürdəmirdə iki yük maşını toqquşdu, biri aşdı - VİDEO

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza oktyabrın 28-də saat 08:30 radələrində Bakı–Qazax yolunun 199-cu kilometrliyində, üzü rayon istiqamətində qeydə alınıb: “Belə ki, Nurməmmədov Xanoglan Nuru oğlunun idarə etdiyi 77-KO-938 dövlət qeydiyyat nişanlı “Mercedes Axor” markalı avtomobil, Ələsgərzadə Zahid Vaqif oğlunun idarə etdiyi 99-NS-994 dövlət qeydiyyat nişanlı “Mitsubishi Canter” markalı maşınla toqquşub. İlkin məlumata görə, qəzaya səbəb “Mercedes Axor” markalı nəqliyyat vasitəsinin sürücüsünün manevretmə qaydasını pozması olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi maddi ziyan dəyib”.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Nərmin














