Kürdəmirdə “Prius” qəza törətdi; Pakistan vətəndaşı öldü - FOTO

Qəzalar 4 İyul 2024 12:07 Oxunub 240
Kürdəmirdə “Prius”  qəza törətdi; Pakistan vətəndaşı öldü  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var. Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb.

“Toyota Prius” markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən, qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə çevrilib və aşıb. Qəza zamanı bir nəfər Pakistan vətəndaşı hadisə yerindəcə dünyasını dəyişib, iki nəfər isə ağır dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh