Kürdəmirdə qadın sürücü "Prado"nu aşırdı, xəsarət alanlar var - FOTOLAR
Qəzalar
31 Yanvar 2026 22:25

Kürdəmirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 32 yaşlı sürücü Pərvanə Əliyeva Bakı istiqamətində hərəkətdə olarkən "Toyota" markalı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı avtomobildə olan 4 nəfər - sürücü və sərnişinlər; 31 yaşlı Akif Əliyev, 66 yaşlı Təranə Xəlilova və 19 yaşlı Aytən Xasıyeva müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.
Yaralılar təcili tibbi yardım maşını ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisənin başvermə səbəbi araşdırılır.




Oxunub 306
DİGƏR XƏBƏRLƏR
31 Yanvar 2026 11:47
Nərimanovda motosiklet maşına çırpıldı
31 Yanvar 2026 11:26
Marneulidə toy karvanında qəza - 3 nəfər ÖLDÜ - FOTO
30 Yanvar 2026 23:06
Sürücü 91 yaşlı qadını vurub öldürdü – “Görmədim, tələsirdim” dedi - VİDEO
30 Yanvar 2026 21:45
Paytaxtın mərkəzində iki avtomobil toqquşub - VİDEO
30 Yanvar 2026 17:00
Prospektdə ard-arda qayda pozan sürücü sonda qəza törətdi - ANBAAN VİDEO
30 Yanvar 2026 14:06
Türkiyədə ağır qəza - Ölənlər var - FOTO
30 Yanvar 2026 11:53
Qubada 3 maşın toqquşdu, biri aşdı - VİDEO - YENİLƏNİB
29 Yanvar 2026 18:09
Avtomobili qaz xəttinə çırpıldı - 160 abonent qazsız qaldı - FOTO
29 Yanvar 2026 17:55
Yük maşınına çırpılan “Chevrolet” dərəyə düşdü - VİDEO
29 Yanvar 2026 17:30
Qadın sürücü zəncirvari qəzaya səbəb oldu, özü isə yaralandı - VİDEO
29 Yanvar 2026 16:48
Ağ şəhərdə avtomobil yol kənarındakı dirəyə çırpıldı - VİDEO
29 Yanvar 2026 14:53
18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri - VİDEO
ŞƏRH YAZ











