Kürdəmirdə "Toyota" aşdı: Sürücü və sərnişin xəsarət aldı - FOTO

Qəzalar 4 Sentyabr 2024 12:17 Oxunub 118
Kürdəmirdə "Toyota"  aşdı: Sürücü və sərnişin xəsarət aldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.

Avtosfer.az xəbər verir ki, hadisə Zərdab-Mollakənd yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Toyota" markalı avtomaşın Zərdab rayonu istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobil yol kənarına aşıb.

Nəticədə avtomobildə olan sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

(bizim.media)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh