Kürdəmirdə "Toyota" aşdı: Xəsarət alanların son durumu AÇIQLANDI - FOTO - YENİLƏNİB

Qəzalar 4 Sentyabr 2024 16:15 Oxunub 314
Kürdəmirdə "Toyota"  aşdı: Xəsarət alanların son durumu AÇIQLANDI  - FOTO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Kürdəmir-Zərdab yolunun Çöl Ərəb kəndindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb".

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

"Bu gün saat 11 radələrində Kürdəmir-Zərdab yolunun Çöl Ərəb kəndindən keçən 1-ci kilometrliyində, Elbrus Əsədovun idarə etdiyi "Toyota" markalı, 90-VC-490 dövlət qeydiyyat nişanlı avtomobil Zərdab istiqamətində hərəkətdə olarkən arxa təkərlərdən birinin partlaması nəticəsində idarəetmədən çıxaraq yol kənarına düşüb. Qəza nəticəsində xəsarət alan sürücü və qardaşı Elman Əsədov tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır", - deyə qurum rəsmisi bildirib.

***

"Kürdəmirdə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs ambulator müalicə üçün evə buraxılıb".

Avtosfer.az xəbər verir ki, bu məlumatı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) verib.

"4 sentyabr tarixində saat 12:00-da Kürdəmir rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 1975-ci il təvəllüdlü (kişi cinsli) şəxs təcili tibbi yardım vasitəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona başın sıyrığı, döş qəfəsinin küt travması diaqnozu təyin edilib. Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb", - deyə qurumdan bildirilib.

(oxu.az)

***

12:17

Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.

Avtosfer.az xəbər verir ki, hadisə Zərdab-Mollakənd yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Toyota" markalı avtomaşın Zərdab rayonu istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobil yol kənarına aşıb.

Nəticədə avtomobildə olan sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

(bizim.media)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh