Kürdəmirdə yol qəzası: 3 yaralı

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun 192-ci kilometrliyində, Kürdəmir rayonun Atakişilər kəndindən keçən hissəsində qeydə alınıb.
Bərdə rayon sakini, 1980-ci il təvəllüdlü Mahir Bayram oğlu Bəndəliyevin idarə etdiyi KİA markalı minik maşını ilə əks istiqamətdə hərəkətdə olan Ağcabədi rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Şirin oğlu Bayramovun idarə etdiyi “Niva” markalı avtomobil toqquşub. Nəticədə "Niva"nın sürücüsü və KİA-nın sərnişinləri, Bərdə rayon sakinləri, 1968-ci il təvəllüdlü Seymur Bayram oğlu İsrafilov və 1966-cı il təvəllüdlü Təbiyyət Surxay oğlu Şirinov müxtəlif xəsarətlər alıblar.
Yaralılar ağır vəziyyətdə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə çatdırılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












