Kürdəmirdə yol qəzası - Yaralananlar var

Kürdəmirdə iki maşının iştirakı ilə baş verən qəzada piyada və sərnişin ağır xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında Kürdəmir rayon ərazisində qeydə alınıb. Kürdəmir rayonun Atakişili kənd sakini, 1985-ci il təvəllüdlü Rauf Rafiq oğlu Əliyevin idarə etdiyi "VAZ-21011" markalı minik maşını ilə Kürdəmir rayon istiqamətdə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan 1985-ci il təvəllüdlü Ramal Neman oğlu Nərimanovun idarə etdiyi "Mercedes" markalı maşına çırpılıb.
İdarəetmədən çıxan "Mercedes" yol kənarında dayanmış piyada, rayonun Çöhranlı kənd sakini, 1971-ci il təvəllüdlü Səyyad Babacan oğlu Hüseynovu vurub. Nəticədə piyada S. Hüseynov və "VAZ-21011" markalı maşında olan sərnişin 1967-ci il təvəllüdlü Vüqar Lazım oğlu Yunisov müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












