Laçında hərəkət olmayan tuneldə qəza törədən sürücü həbs edildi - Ölən var

Laçın-Kəlbəcər yolunun Hacısamlı kəndindən keçən hissəsində istifadəyə verilməmiş tuneldə ağır qəza törədən şirkət əməkdaşı həbs edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Laçın Rayon Məhkəməsində 1984-cü il təvəllüdlü Qalib Kərimova hökm oxunub.
Bildirilib ki, hadisə 1 iyun 2025-ci il saat 05:30 radələrində baş verib.
Belə ki, tikinti şirkətində çilingər işləyən Qalib həmin vaxt ona təhkim edilmiş “Mitsubishi L-200” markalı avtomobillə giriş-çıxışın qadağan olunduğu tunelə daxil olub.
O, yüksək sürətlə tuneldə hərəkətdə olarkən yola tökülmüş torpaq topası ilə qarşılaşıb. Bu zaman Qalib maşını torpağın hündürlüyünün az olduğu yerdən sürüb keçmək istəyib. Lakin avtomobil torpağa çırpılarkən sürücü və avtomobildəki 4 sərnişin yaralanıb. Onlar maşının içində güclü silkələnmə və salona çırpılma səbəbindən müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Həmin şəxslərdən tikinti şirkətinin əməkdaşı Raqif Əliyev daxili qanaxma səbəbindən Bərdə xəstəxanasında vəfat edib.
Məhkəmədə mərhumun yaxınları Qalibdən şikayətçi olduqlarını bildiriblər. Laçın Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq müddətində polisin nəzarəti altında olan sürücü məhkəmə iclas zalında həbs olunub.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












