“Lada Priora” “Qazel”lə toqquşdu - 2 yaralı - FOTOLAR

Zaqatalada yük və minik maşınlarının toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə mayın 18-i axşam saat 21 radələrində Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistiral yolunun 122-ci kilometrliyində, Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Zaqatala şəhər sakininin idarə etdiyi “Lada Priora” markalı, 90 VC 807 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala rayon sakininin idarə etdiyi “Qazel” markalı 62 BK 353 dövlət nömrə nişanlı yük maşını toqquşub. Toqquşmadan sonra “Lada Priora” markalı maşın idarəetməni itirməsi səbəbindən yolun kənarındakı beton maniyəyə çırpılıb. Qəzadan sonra müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Zaqatala şəhər sakinləri 1994-cü il təvəllüdlü Əlixan Harun oğlu Əlixanov və 1992-ci il təvəllüdlü Orxan Mehdi oğlu Paşayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
Zaqatala RMX-dan verilən məlumata görə, hazırda həkimlər yaralıları müayinə edir, ilkin müayinə zamanı hər iki şəxsin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO















