“Land Rover”in sürücüsü piyadanı vurub öldürdü - VİDEO
Qəzalar
4 İyun 2022 10:32
Oxunub 7456

Bakıda 31 yaşlı oğlanı avtomobil vurub.
Avtosfer.az-ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, Elçin Əli oğlu Rüstəmovun idarə etdiyi “Land Rover” markalı, 90-ON-204 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman yolu keçən piyada - 1991-ci il təvəllüdlü Nazim Fuad oğlu Nağıyevi vurub.
Həmin şəxs müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxu.Az
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













