Lənkəran "VAZ" "Chevrolet Cruz"la toqquşdu - Xəsarət alanlar var

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə şəhərin "Qala Xiyabanı" deyilən ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili ilə "Chevrolet Cruz" markalı nəqliyyat vasitələri toqquşub. Toqquşma nəticəsində avtomobillərdən biri yol kənarındakı elektrik dirəyinə çırpılıb və dirəyi aşırıb.
Sonra da yaxınlıqda olan marketin soyuducusunu sıradan çıxarıb. Qəzada 3 nəfər, Lənkəran rayon sakinləri 1970-ci il təvəllüdlü Mübariz Akif oğlu Əsədov, 1992-ci il təvəllüdlü Vüsalə Hikmət qızı Əhmədli və 1979-cu il təvəllüdlü Aypara Balakişi qızı Ağayeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətlərinə uyğun olaraq müalicələri müvafiq şöbədə davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











