Lənkəranda "06" uşağı vurdu - Vəziyyəti ağırdır

Lənkəranda avtomobil 4 yaşlı uşağı vurub. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Nərimanabad qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən 4 yaşlı A.M.-nı vurub. Sürücü dərhal azyaşlını sözügedən avtomobillə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırıb.
Ağır vəziyyətdə olan uşağa ilkin tibbi xidmətlər göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsi ərazisində piyadavurma hadisəsi səbəbi ilə 2022-ci il təvəllüdlü azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Ona travmatik şok, qapalı kəllə-beyin travması, sağ alın nayihəsinin açıq yarası, hematoma diaqnozları təyin olunub.
Azyaşlının vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə baş verən vaxt uşağın anası marketə gedib. Qonşu uşağı parkda gəzdirmək üçün anası ilə əlaqə saxlayıb. Ananın razılığından sonra o, uşağı evdən götürüb gəzintiyə aparıb.
Faktla bağlı araşdırma aparılır.
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO
Bakıda “BYD” ilə toqquşan “Hyundai” səkiyə dırmaşdı - VİDEO
Faciəvi qəzada ölən yeniyetmənin FOTOsu
Bakıda minik maşını yük avtomobilə çırpıldı: ÖLƏN VAR
İki yük avtomobilinin toqquşduğu ərazidə hərəkət bərpa olundu - YENİLƏNİB
Bakıda iki avtomobil toqquşdu, yol nişanı aşdı - VİDEO
Masallıda minik avtomobili yük maşınına çırpıldı: Ölən var - VİDEO
Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var - FOTO
Qadın sürücü avtobusa yol verməyib qəza törətdi; digərini təhqir etdi - VİDEO - FOTO
Bakıda dəhşətli qəza: “Lada” yük maşınının altında qaldı - VİDEO












