Lənkəranda "07" ilə "Daewoo" toqquşdu: 4 yaralı - FOTO

Lənkəranda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın məlumatına görə, hadisə mayın 16-da axşam saatlarında rayonun Sütəmurdov kəndi ərazisində qeydə alınıb. Sürücülərinin şəxsiyyəti hələlik məlum olmayan "Daewoo" markalı, 10 PS 727 dövlət nömrə nişanlı minik avtomobili "VAZ-2107" markalı , 42 BT 994 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən “VAZ-2107”-nin sərnişinləri, Lənkəran şəhər sakinləri, 1971-ci il təvəllüdlü Fuad Rəhimov, 1978-ci il təvəllüdlü Sənubər Rəhimova, 1999-cu il təvəllüdlü Cəmil Rəhimli və 1994-cü il təvəllüdlü Teymur Hacızadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların bir ailənin üzvü olduğu bildirilir.
İlkin versiya kimi hadisənin "Daewoo" markalı minik avtomobilinin yol hərəkəti qaydalarına düzgün əməl etməməsi səbəbindən baş verdiyi göstərilir. Hazırda polis hadisə yerindən qaçmış sərxoş sürücünün saxlanılması istiqamətində tədbirlər görür.
Faktla bağlı araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO















