Lənkəranda 4 piyadanı avtomobil vurdu - FOTO

Lənkəran rayonunda 4 piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisələrdən biri Lənkəran şəhərinin Səttarxan küçəsində, digəri isə rayonun Ləj kəndində qeydə alınıb. Belə ki, 06 BD 375 dövlət qeydiyyat nömrə nişanlı, "Opel Astra" markalı avtomobil tərəfindən 2007-ci il təvəllüdlü Elnur Hüseynli və anası, 1985-ci il təvəllüdlü Vüsalə Hüseynova vurulub. Hadisəni törədən sürücü müxtəlif dərəcəli bədən xəsarətləri almış yaralıları Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Ancaq sonradan dərman almaq adı ilə çıxıb və geri qayıtmayıb. Ana və oğlu Lənkəran RMX-nin Travmatologiya şöbəsinə yerləşdiriliblər. Yaralıların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Digər hadisə isə "Mercedes" markalı avtomobil tərəfindən törədilib və sürücü hər iki yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Onlardan biri Lənkəran RMX-nin Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır olaraq qiymətləndirilir. Yaralıların ad və soyadları hələlik məlum deyil.
Hər iki faktla bağlı araşdırma aparılır.
"Report"
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ














