Lənkəranda 5 nəfəri maşın vurdu - 3-ü öldü

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, minik avtomobili 5 nəfəri vuraraq öldürüb. Hadisə bu gün axşam saatlarında qeydə alınıb. İlkin məlumata əsasən, "VAZ 21015" markalı minik avtomobilinin vurduğu piyadaların hamısı ölüb.
***
APA-nın məlumatına görə, Lənkəranda yol qəzasında 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisə saat 21:30 radələrində Lənkəran-Boradigah şosesinin, şəhərin elektrik şəbəkəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Astara rayon sakini, 1987-ci il təvəllüdlü Kənan Həsənov idarə etdiyi VAZ 21 099 markalı 10 EG 472 dövlət nişanlı minik avtomobili ilə yoldan keçən 4 piyadanı vurub. Daha sonra avtomobil ağaca çırpılıb. Qəza zamanı piyadalardan, Lənkəran şəhər sakinləri, 1995-ci il təvəllüdlü ƏliCəbrayılov, 1979-cu il təvəllüdlü İmran İsmayılov, 1988-ci il təvəllüdlü Elvin Hüseynov aldıqları çoxsaylı bədən xəsarətləri nəticəsində ölüblər. Sürücü və daha bir piyada, Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü səbuhi Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasında yerləşdiriliblər. Ölən şəxslərin meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə gətirilib.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












