Lənkəranda 5 nəfərin öldüyü dəhşətli qəzadan - FOTO-VİDEO

Bu gün səhər saatlarında Lənkəranın Boladı kəndi ərazisində ağır yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən bildirir ki,qəza nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Qəza "VAZ 2106" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində qeydə alınıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, qəzanın baş verdiyi magistral yol hələ tam istifadəyə verilməyib.
***
Hadisə zamanı ölən 4 nəfər Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anotomiya Birliyinin Lənkəran rayon bölməsinə yerləşdirilib. Ölənlər – sürücü Bəxtiyar Quliyev, sərnişinlər Əzizə Quliyeva, Bahar Bağırova, Nazilə Seyfullayeva, Reyhan Mahmudova (xəstəxanada keçinib).
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar - Elşən Ağazadə, Akif Nuriyev, Elvin Mirzəzadə. Yaralılardan ikisinin adı hələlik müəyyənləşməyib.
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Lənkəranın Boladi kəndi ərazisində olub. Belə ki, VAZ 21-06 və Mercedes markalı minik avtomobilləri toqquşub. Hadisəinin dəqiq səbəbləri avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı Lənkəran Şəhər rayon polis şöbəsində araşdırmalara başlanılıb.
Bu gün səhər saatlarında Lənkəranın Boladı kəndi ərazisində ağır yol qəzası baş verib. Qəza nəticəsində 5 nəfər ölüb, 4 nəfər yaralanıb. Qəzada ölənlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə, yaralılar isə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Avtosfer.az Region TV-yə istinadən hadisə yerindən fotoları və videonu təqdim edir:
Balakəndə “KIA” əvvəl avtomobilə, sonra işıq dirəyinə çırpıldı - VİDEO
Yuxulu sürücü əks yola çıxıb qəza törətdi - ANBAAN VİDEO
Lökbatan-Qobu yolunda avtomobil aşıb - VİDEO - YENİLƏNİB
Qaydanı pozan sürücü qəza törətdi: Cərimə günahsız sürücüyə yazıldı - VİDEO
Aeroport yolunda “Opel”lə marşrut avtobusu toqquşdu - VİDEO - YENİLƏNİB
Paytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...
Tunelin çıxışında zəncirvari qəza: Üç avtomobil bir-birinə çırpıldı - VİDEO
12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış - VİDEO

























